Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Milli Mətbuat Günü münasibətilə təbriki 21 İyul 2015 09:00

Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri!Sizi Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir və fəaliyyətinizdə daha böyük yaradıcılıq uğurları arzulayıram.

Təmas xəttində monitorinq keçiriləcək 21 İyul 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 22-də Tərtər rayonu ərazisində qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə naziri Belarusun Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri ilə görüşüb 20 İyul 2015 09:00

İyulun 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviçlə görüşüb.

Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunlarının ənənəvi görüşü keçirilib 20 İyul 2015 09:00

Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin (BAÜKM) hazırda müxtəlif ölkələrdə yaşayan bir qrup məzunu ailə üzvləri ilə birgə bu günlərdə yenidən paytaxtımıza gələrək məzunların ənənəvi görüşündə iştirak ediblər.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 20 İyul 2015 09:00

İyulun 20-dən 24-dək Oberammerqau şəhərində (Almaniya) "Quru Qoşunların döyüş hazırlığının qiymətləndirilməsi" və iyulun 20-dən 27-dək London şəhərində (Böyük Britaniya) "Müdafiə Tədqiqatları üzrə Kral Kolleci" kursları keçirilir.

Müdafiə naziri cəbhə bölgəsindəki hərbi hissələrin döyüş hazırlığını yoxlayıb - VİDEO 19 İyul 2015 13:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.

“Bir həftə ərzində orada daş daş üstə qalmaz” 19 İyul 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının materialları Silahlı Qüvvələrin cəbhə bölgələrindəki hərbi hissələrində də dərindən öyrənilir və geniş təbliğ olunur.

Ön səngərdə bayram və döyüş əhval-ruhiyyəsi 19 İyul 2015 09:00

Ön səngərdə keçirilən tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikini çatdırıb.

“Möhtərəm Prezidentimizin bu nitqi bir daha hər birimizi cənnət Qarabağa, neçə illərdir ki, işğal altında inildəyən torpaqlara səsləyir” 18 İyul 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqinin mühüm siyasi əhəmiyyət kəsb etdiyini, düşmənlərimizə, Ermənistanın havadarlarına, ermənipərəst, islamofob siyasətçilərə, anti-Azərbaycan qüvvələrə qarşı kəskin mesaj olduğunu önə çəkən polkovnik Elçin Kərimovun çıxışı şəxsi heyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qarabağ müharibəsinin veteranları da Qarabağa zəfər yürüşündə Azərbaycan əsgəri ilə bir yerdə döyüşlərə atılmağa hazırdırlar 18 İyul 2015 09:00

Düşmənlə təmas xəttindəki hərbi hissədə Qarabağ müharibəsinin veteranları və əlilləri ilə görüş şəxsi heyətdə xoş təəssüratlar oyadıb.