Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2015 09:00

Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində görkəmli kəşfiyyatçı Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Qəhrəmanın xatirəsinə həsr olunmuş tədbirdə Müdafiə Nazirliyinin, Heydər Əliyev Mərkəzinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, Veteran Şuralarının, muzeylərin nüma-yəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə açaraq qonaqları salamlayıb və məhşur kəşviyyatçının həyat və fəaliyyətindən, keçdiyi şərəfli döyüş yolundan danışıb.
Tədbir əfsanəvi kəşfiyyatçı barədə məruzələrdən və Rixard Zorge adına 90 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə kompozisiyanın nümayişindən sonra bədii hissənin təşkilatçısı Səadət Akifqızının rəhbərliyi altında hərbi vətənpərvərlik mövzusunda mahnıların ifası ilə davam edib.