Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2015 09:00

Hərbçi idmançılarımız VI Dünya Oyunlarında ilk medalı qazanıblar

Koreya Respublikasının Munqyeonq şəhərində hərbçilərin VI Dünya Oyunlarının ilk yarış günü keçirilib. 56 komandanın qatıldığı cüdo komanda yarışlarında Azərbaycanın cüdo üzrə hərbçi idmançılarımızdan ibarət kişi yığması bürünc medal qazanaraq dünya üçüncüsü olub.
Oktyabrın 3-də keçirilən yarışlarda Azərbaycanın cüdo komandası Səudiyyə Ərəbistanından, Qətərdən və Əlcəzairdən olan idmançıları məğlub edib. Komandamız yalnız dünya çempionu Braziliya komandasına məğlub olaraq üçüncü yerlə kifayətlənib.
120 dövlətdən 8.100-dək idmançının iştirakı ilə 24 idman növündə keçirilən oyunlarda Azərbaycan boks, cüdo, taekvondo və güləş idman növlərində təmsil olunur.
Hərbçi idmançılarımız bu gün boks yarışları ilə çempionata davam edəcəklər.
Hərbçilərin VI Dünya Oyunlarında cüdo üzrə kişilərdən ibarət yığma komandamızı Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Safquliyev (90 kq) və Elmar Qasımov təmsil ediblər.