Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Rusiya Federasiyasında təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüş keçirilib 12 Aprel 2025 16:00

Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rəhman Mustafayev buradakı ali hərbi təhsil müəssisələrində təhsil alan zabit və kursantlarla görüşüb.

Müdafiə Nazirliyində media nümayəndələri ilə görüş keçirilib 12 Aprel 2025 15:03

Aprelin 11-də Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Nazirliyin, Medianın İnkişafı Agentliyinin və media subyektlərinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Rusiya Hərbi Akademiyasının nümayəndə heyəti Milli Müdafiə Universitetində olub - VİDEO 12 Aprel 2025 13:16

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının rəisi tarix elmləri namizədi general-polkovnik Vladimir Zarudnitskiyin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU) olub.

Antalyada Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş keçirilib - VİDEO 12 Aprel 2025 11:22

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən “Antalya Diplomatik Forumu” çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.

Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutulub 12 Aprel 2025 09:57

Aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub 11 Aprel 2025 08:08

Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olunub - VİDEO 10 Aprel 2025 19:12

Aprelin 10-da Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 33-cü ildönümü münasibətilə Hərbi Polis İdarəsində tədbir keçirilib.

"Xəzri-2025" birgə taktiki təliminin planlaşdırma konfransı keçirilib 10 Aprel 2025 15:17

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə cari ildə keçiriləcək "Xəzri-2025" birgə taktiki təliminin planlaşdırma konfransı olub.

Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilir 10 Aprel 2025 14:28

Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artırmaq, müxtəlif xidmət şəraitlərində daha effektiv fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloji təlim keçirilir.

Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub 10 Aprel 2025 08:06

Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.