Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2025 16:00

Rusiya Federasiyasında təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüş keçirilib

Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rəhman Mustafayev buradakı ali hərbi təhsil müəssisələrində təhsil alan zabit və kursantlarla görüşüb.
Fövqəladə və Səlahiyyətli səfir R.Mustafayev hərbi qulluqçularla Azərbaycan-Rusiya əməkdaşlığı, eləcə də beynəlxalq və regional proseslərdə ölkəmizin mövqeyi barədə geniş söhbət edib, onları maraqlandıran sualları cavablandırıb.
Baş Konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadənin və hərbi attaşe polkovnik Kənan Təhməzovun da iştirak etdiyi görüş zamanı Azərbaycan nümayəndə heyəti zabit və kursantlarımızın məişət şəraiti və təhsil prosesi ilə yaxından tanış olub.