Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2025 11:22

Antalyada Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş keçirilib - VİDEO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən “Antalya Diplomatik Forumu” çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.
Görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.