Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi qulluqçumuz həlak olub 15 Dekabr 2015 09:00

Dekabrın 14-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu həlak olub.

Təmas xəttində monitorinq keçiriləcək 15 Dekabr 2015 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 16-da Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzun müddətli atəş nöqtəsi Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən zərbə nəticəsində məhv edilib - VİDEO 14 Dekabr 2015 12:00

Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır.

Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb 14 Dekabr 2015 09:00

Dekabrın 14-də Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başlayıb.

Silahlı Qüvvələrdə Ümummilli Liderin xatirəsi anılıb 12 Dekabr 2015 09:00

Dekabrın 12-də Silahlı Qüvvələrin bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə keçirilən mərasimlərdə iştirak ediblər.

Xalqımızın Ümummilli Liderinin xatirəsinə hörmət və ehtiramla 12 Dekabr 2015 09:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Heydər Əliyevin ideyalarına sadiqik” devizi altında keçirilən mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin şəxsi heyəti Ümummilli Liderin xatirəsini anma günü münasibətilə Fəxri xiyabanda olub 12 Dekabr 2015 09:00

Dekabrın 12-də Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib.

Kadrlarla iş üzrə cavabdeh zabitlərin toplantısı keçirilib 11 Dekabr 2015 09:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən tabelikdə olan idarə və təşkilatlar üzrə kadrlarla aparılmış işlərin yekunu və növbəti ildə qarşıda duran vəzifələrə dair toplantı keçirilib.

Müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri ilə görüşüb 9 Dekabr 2015 09:00

Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Ahmed Hamel Al Qubaisi ilə görüşüb.

Müdafiə naziri Koreyanın ölkəmizdəki səfiri ilə görüşüb 9 Dekabr 2015 09:00

Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu ilə görüşüb.