Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Mart 2016 10:00

"TURAZ Şahini - 2016" təlimlərində iştirak edəcək şəxsi heyətin bir qismi Türkiyəyə yola düşüb - VİDEO

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən martın 7-dən başlayacaq "TURAZ Şahini - 2016" təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konya şəhərində yerləşən aviabazaya gəlib.
İki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər martın 25-dək davam edəcəkdir.
Qeyd edək ki, artıq ikinci dəfə Türkiyədə baş tutacaq müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarələri iştirak edəcəklər.