Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2016 09:00

Müdafiə naziri Misirin ölkəmizdəki səfiri ilə görüşüb

Martın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Mohamed Gamil ilə görüşüb.
Müdafiə naziri Azərbaycan ilə Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və genişləndiyini qeyd edib. Nazir regiondakı hərbi-siyasi vəziyyətlə bağlı məlumat verərək Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Görüşdə, yaxın vaxtlarda Misir Ərəb Respublikasının güc strukturlarının geniş tərkibli nümayəndə heyətinin ölkəmizə gözlənilən səfəri, keçiriləcək danışıqlarda təhlükəsizlik və müdafiə sahəsində müzakirələrə dair tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.