AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib.
Cənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 17-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Martın 17-si və 18-də İzmir şəhərində (Türkiyə Respublikası) "EFES-2016" beynəlxalq təliminin əsas planlaşdırma iclası keçirilir.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən Azərbaycanda hərbi tibb imkanlarının təkmilləşdirilməsi və həkiməqədər ilkin tibbi yardımın göstərilməsi mövzularında seminar öz işinə başlayıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2016-cı – Multikulturalizm ili üçün tədbirlər planına əsasən "Qeyri-ənənəvi dini cərəyanların təbliğatının qarşısının alınması və dini radikalizmə qarşı mübarizədə şəxsi heyətlə iş üzrə zabitlərin rolu" mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində "Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafının istiqamətləri" mövzusunda seminar keçirilib.
Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini – 2016" birgə taktiki-uçuş təlimləri davam edir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 17-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Martın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Çexiya Respublikası parlamentinin Deputatlar Palatasının Müdafiə Komitəsinin sədri David Kadnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.