Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Cəbhədəki vəziyyətə dair son məlumat - VİDEO 5 Aprel 2016 09:00

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb.

Bəhreyn Müdafiə Qüvvələri Komandanı Müdafiə nazirinə başsağlığı məktubu ünvanlayıb 4 Aprel 2016 17:00

Bəhreyn Müdafiə Qüvvələri Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə cəbhədə baş verən döyüş toqquşması nəticəsində hərbçilərimizin şəhid olması ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı məktubu ünvanlayıb.

Müdafiə naziri Silahlı Qüvvələrimizə göstəriş verdi 4 Aprel 2016 16:50

Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb.

Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır 4 Aprel 2016 16:40

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir.

Düşmənin komanda-qərargah məntəqəsinin darmadağın edilməsi ilə bağlı həyata keçirilən əməliyyatın video görüntüsü - VİDEO 4 Aprel 2016 16:30

Silahlı Qüvvələrdə qana olan tələbat tam təmin edilir 4 Aprel 2016 15:00

Silahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbat Baş Klinik Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir.

Azərbaycan Silahlı Qüvvələrinin düşmən ordusunun növbəti təxribatına layiqli cavabı 4 Aprel 2016 14:00

Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər.

Hərbi attaşelərin iştirakı ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində toplantı keçirilib 4 Aprel 2016 13:00

Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində toplantı keçirilib.

Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib 4 Aprel 2016 12:00

Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.

Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlərinin cəbhədə yaranmış vəziyyətlə bağlı telefon danışıqları olub 4 Aprel 2016 10:10

Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.