Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri xüsusi təyinatlı təhsil müəssisələrinin məzunları ilə görüşüb 27 İyun 2016 09:00

İyunun 27-də Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasında Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin bir qrup məzunu ilə görüş keçirilib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 27 İyun 2016 09:00

İyunun 27-dən iyulun 1-dək Varna şəhərində (Bolqarıstan Respublikası) Tərəfdaşlıq Təlim və Tədris Mərkəzlərinin işçi qrupunun toplantısı, iyunun 27-dən iyulun 8-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Maddi-Texniki Təminat üzrə mübadilə proqramı çərçivəsində hərbi yerdəyişmə və daşımalar seminarı, iyunun 27-dən iyulun 15-dək Saçxere şəhərində (Gürcüstan) təməl yay dağ hazırlığı kursu keçirilir.

Ordumuz qürurumuzdur 27 İyun 2016 09:00

Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə "Ordumuz - qürurumuz" adlı kütləvi hərbi-vətənpərvərlik tədbiri keçirilib.

26 iyun - Silahlı Qüvvələr günü təntənəli surətdə qeyd edilir 26 İyun 2016 09:00

26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir 26 İyun 2016 09:00

Xəbər verdiyimiz kimi bu gün saat 11.00-dan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələr günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən Silahlı Qüvvələr günü münasibətilə bütün hərbi hissələrdə "Açıq qapı" günü təşkil edilib 26 İyun 2016 09:00

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib 26 İyun 2016 09:00

İyunun 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub - VİDEO 25 İyun 2016 11:45

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yaşayış binasında yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib - VİDEO 25 İyun 2016 11:00

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.

Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub 25 İyun 2016 09:00

Müdafiə Nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub.