Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 2016 09:00

Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub

Müdafiə Nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub.
Şəxsi heyətin iştirakı ilə keçirilən bayram tədbiri çərçivəsində hərbi qulluqçuların bir qrupunun Silahlı Qüvvələrin Hərb Tarix Muzeyinə ekskursiyası təşkil olunub.
Bayram ərəfəsində HDQ-nin Həmkarlar İttifaqı ilə birlikdə şəhid ailələri, müharibə və Silahlı Qüvvələr veteranları ilə görüşlər keçirilib.
Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva, gənc müğənnilər Samirə Əfəndiyeva və Ramail Bayramlı, eləcə də Bakı Xoreoqrafiya Akademiyasının tələbələr Hərbi Dəniz Qüvvəılərinin şəxsi heyəti qarşısında konsert proqramları ilə çıxış ediblər.