Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2016 09:00

26 iyun - Silahlı Qüvvələr günü təntənəli surətdə qeyd edilir

26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Müdafiə nazirinin göstərişinə əsasən təsdiq olunmuş plan üzrə bayramla əlaqədar tarixçi alimlərin, millət vəkillərinin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, veteranların hərbi hissələrə səfərləri, muzey və abidələrə ekskursiyalar təşkil edilir, eləcə də müxtəlif bayram konsertləri, viktorinalar, mədəni- kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilir.