Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Londonda BMT-nin Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin görüşü keçirilir 8 Sentyabr 2016 09:00

Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir.

Azərbaycanın sülhməramlı əməliyyatlarda fəaliyyəti yüksək qiymətləndirilib 8 Sentyabr 2016 09:00

Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin London şəhərində davam edən tədbiri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 8-də Lordlar Palatasında Müdafiə üzrə Dövlət naziri, Lordlar Palatasının sədr müavini cənab Örl Hou ilə görüşüb.

Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub 8 Sentyabr 2016 09:00

Londonda səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 8-də Böyük Britaniya Baş nazirinin xüsusi elçisi, Lordlar Palatasının üzvü xanım baronessa Emma Harriet Nikolson ilə görüş keçirib.

Monitorinq baş tutdu 7 Sentyabr 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 7-də Göygöl rayonunun Ömər dağ keçidində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə naziri BMT-nin Londonda keçirilən tədbirində iştirak edəcək 7 Sentyabr 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda keçiriləcək Müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün London şəhərinə səfərə gedib.

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 6 Sentyabr 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 7-də Göygöl rayonunun Ömər dağ keçidində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Hərbi tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib 6 Sentyabr 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən, sentyabrın 6-da Bakıda tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib.

El ağsaqqalları işğaldan azad edilmiş Lələtəpə zirvəsində qurban kəsiblər 5 Sentyabr 2016 09:00

Silahlı Qüvvələrdə "Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!" devizi altında keçirilən silsilə tədbirlər aylığı davam edir.

Sentyabrın 11-də Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçiriləcək 2 Sentyabr 2016 09:00

Ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı ərəfəsində sentyabrın 11-də saat 11.00-da hərbi hissələrdə "Açıq qapı" günü təşkil olunacaq.

Şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini vəzifələrinə qəbul elan edilir 2 Sentyabr 2016 09:00

Aprel hadisələrindən sonra Ordunun nüfuzunun artması, vətəndaşlarımızda ruh yüksəkliyi və döyüş əzminin yüksəlməsi Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olan insanlardan çoxsaylı müraciətlərin daxil olmasına səbəb olmuşdur.