Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2016 09:00

Londonda BMT-nin Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin görüşü keçirilir

Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir. Görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edir.
Görüş Böyük Britaniyanın müdafiə naziri Maykl Fallonun sədrliyi ilə keçirilir. Bu tədbir ötən ilin sentyabrında BMT-nin baş katibi Pan Gi Mun və ABŞ Prezidenti Barak Obama tərəfindən 50-ə yaxın ölkə başçısı ilə dünyada sülhməramlılğın qorunmasına dair keçirilən görüşün davamı və bu sahədə görülən qlobal işlərin daha da sürətləndirilməsi xarakteri daşıyır.
Görüşdə 80-ə yaxın ölkənin müdafiə naziri iştirak edir.