Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2016 09:00

Azərbaycanın sülhməramlı əməliyyatlarda fəaliyyəti yüksək qiymətləndirilib

Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin London şəhərində davam edən tədbiri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 8-də Lordlar Palatasında Müdafiə üzrə Dövlət naziri, Lordlar Palatasının sədr müavini cənab Örl Hou ilə görüşüb.
Görüş zamanı Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, eləcə də Əfqanıstanda həyata keçirilən missiyada iştirakı yüksək qiymətləndirilib, BMT-nin sülhməramlı fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkəmizin bu fəaliyyətdəki perspektivləri və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.