Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri təlim-atış mərkəzində olub 11 Oktyabr 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən döyüş bölgəsində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların atəş və taktiki hazırlıq məşqləri keçdiyi təlim-atış mərkəzində olub.

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb 11 Oktyabr 2016 09:00

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Cəbhə bölgəsində olan Müdafiə naziri artilleriyaçıların döyüş hazırlığını yoxlayıb 11 Oktyabr 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək 8 Oktyabr 2016 09:00

Oktyabrın 9-dan 15-dək Minsk şəhərində (Belarusiya) "Təlimlərin planlaşdırılması və icra edilməsi" mövzusunda kurs keçiriləcək.

Gəncə Qarnizonunda "Heydər Əliyev və dövlət müstəqilliyimiz" mövzusunda "dəyirmi masa" keçirilib 7 Oktyabr 2016 09:00

Azərbaycan dövlət müstəqilliyinin 25 illik yubileyi ərəfəsində Gəncə Qarnizonunda "Heydər Əliyev və dövlət müstəqilliyimiz" mövzusunda tədbir keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev: "Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var" 7 Oktyabr 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Ehtiyata buraxılan hərbi qulluqçular "Vətən çağırarsa, biz yenidən döyüş səngərlərimizə qayıdacaq, yenə də Vətənin sadiq əsgərləri olacağıq!" nidaları altında hərbi hissələrindən ayrılıblar 7 Oktyabr 2016 09:00

Şəmkir rayonundakı "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar təntənəli mərasim keçirilib.

Ermənistan tərəfinin cəbhə xəttində növbəti təxribatı vəziyyətin gərginləşməsinə səbəb olacaq 6 Oktyabr 2016 09:00

Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.

Azərbaycan ilə Özbəkistan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib 5 Oktyabr 2016 09:00

Özbəkistan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin Müdafiə naziri general-polkovnik Kabul Berdiyev ilə görüşüb.

Monitorinq baş tutdu 5 Oktyabr 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 5-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.