Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2016 09:00

Ermənistan tərəfinin cəbhə xəttində növbəti təxribatı vəziyyətin gərginləşməsinə səbəb olacaq

Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.
Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbir diləyir!
Bildiririk ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.