Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

İran İslam Respublikası hərbi gəmilərinin Bakı şəhərinə səfəri başlayıb 19 Oktyabr 2016 09:00

Oktyabrın 19-da İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi "Dəmavənd" və "Cövşən" gəmilərinin Bakıya dostluq səfəri başlayıb.

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 19 Oktyabr 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 20-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bakıda NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir 19 Oktyabr 2016 09:00

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına uyğun olaraq NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertlərindən ibarət qrup Bakıya səfərə gəlib.

Müdafiə naziri "Gələcək Qüvvələr Forumu 2016"da iştirak edəcək 18 Oktyabr 2016 09:00

"Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının Müdafiə naziri cənab Martin Stropnitskinin dəvəti ilə Praqa şəhərinə səfərə gedib.

Azərbaycanın Müdafiə nazirinin Çexiya Respublikasına səfəri davam edir 18 Oktyabr 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasına səfəri çərçivəsində bu ölkənin hərbi təyinatlı məhsullarının istehsalı sahəsində ixtisaslaşan "ERA" və "AERO Vodochody" şirkətlərini ziyarət edib.

Tank bölmələri döyüş vərdişlərini təkmilləşdirir - VİDEO 17 Oktyabr 2016 10:00

2016-cı il üçün hazırlıq planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir.

18 oktyabr - Dövlət Müstəqilliyi Günü - VİDEO 17 Oktyabr 2016 10:00

İran İslam Respublikası hərbi gəmilərinin Bakı şəhərinə səfəri planlaşdırılır 17 Oktyabr 2016 09:00

Oktyabrın 18-də İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmilərinin Bakıya dostluq səfəri planlaşdırılıb.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilibPrezident İlham Əliyev rəsmi qəbulda iştirak edib 17 Oktyabr 2016 09:00

Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 17 Oktyabr 2016 09:00

Oktyabrın 17-dən 20-dək Brindizi şəhərində (İtaliya) Amfibiya Qüvvələri üzrə ekspert görüşü, oktyabrın 17-dən 21-dək Latina şəhərində (İtaliya) maddi-texniki təminat sahəsində məruzələr üzrə təməl kursu, oktyabrın 17-dən 21-dək Skopye şəhərində (Makedoniya) NATO tərəfdaşlarının arxa cəbhə ekspertlərinin daimi qrupunun görüşü, oktyabrın 17-dən 23-dək Zemyanske Kostolani şəhərində (Slovakiya) "İlkin kütləvi qırğın silahları ilə mübarizə" kursu, oktyabrın 17-dən 27-dək Kaunas şəhərində (Litva) qərargah tibb zabitləri üçün təməl kursu, oktyabrın 17-dən 28-dək Vişkov şəhərində (Çexiya) sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçirilir.