Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına uyğun olaraq NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertlərindən ibarət qrup Bakıya səfərə gəlib.
Səfər çərçivəsində hərbi tədris müəssisələrində xarici dillər üzrə ixtisaslaşan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat veriləcək, qarşılıqlı fikir mübadiləsi aparılacaq, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə ediləcəkdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən işçi görüşlər oktyabrın 21-dək davam edəcək.