Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Oktyabr 2016 09:00

Azərbaycanın Müdafiə nazirinin Çexiya Respublikasına səfəri davam edir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasına səfəri çərçivəsində bu ölkənin hərbi təyinatlı məhsullarının istehsalı sahəsində ixtisaslaşan "ERA" və "AERO Vodochody" şirkətlərini ziyarət edib.
Müdafiə nazirinə hər iki şirkətin istehsal etdiyi məhsullar nümayiş etdirilib və onların fəaliyyəti barədə brifinqlər təqdim olunub.