Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər - VİDEO 22 Aprel 2026 21:21

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən “Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Bakıda Azərbaycan və Gürcüstanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib 22 Aprel 2026 18:59

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

"Azərbaycan Ordusu" qəzeti № 26 (3028) 22 Aprel 2026 18:20

“Beynəlxalq təlimdə iştirakımız gələcək xidmətimiz üçün uğurlu təcrübədir”Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Ankası-2026" ("Anatolian Phoenix-2026") beynəlxalq axtarış-xilasetmə təlimi bu il də geniş miqyası, mürəkkəb ssenariləri və yüksək təşkilatçılıq səviyyəsi ilə diqqət çəkdi...davamıHərb tariximizin görkəmli sərkərdəsiAzərbaycan zəngin hərb tarixində elə şəxsiyyətlər yetişdirib ki, onların adı yalnız bir dövrün deyil, bütövlükdə hər bir zamanın simvoluna çevrilib.

Azərbaycan Ordusunda atıcılıq üzrə birincilik keçirilir 22 Aprel 2026 12:11

Cari tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında atıcılıq üzrə birinciliyə start verilib.

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar 21 Aprel 2026 19:24

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində olublar.

XTQ-nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub 20 Aprel 2026 19:58

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" hərbi hissəsində 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümü və aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir 20 Aprel 2026 19:00

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb 20 Aprel 2026 13:35

Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən cari il üçün təsdiq olunmuş hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

Həftəlik icmal (13.04.2026 - 19.04.2026) - VİDEO 19 Aprel 2026 16:22

Voleybol üzrə "Ordu" komandası ikinci yeri tutub 18 Aprel 2026 21:47

Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən kişilər arasında Azərbaycan Yüksək Liqasının final mərhələsi başa çatıb.