Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"Azərbaycan Ordusu" qəzeti № 22 (3024) 3 Aprel 2026 20:28

Böyük Qələbənin başlanğıcından tarixi Zəfərə gedən şərəfli və qürurlu yol2016-cı ilin aprel ayının ilk günləri… Hər zaman olduğu kimi, bu günlərdə də Azərbaycan Ordusunun bölmələri öz mövqelərində günün nizam qaydalarına uyğun olaraq fəaliyyətləri icra edirdilər...davamıÖmürlərini Vətənə fəda edən qəhrəmanlarımızAprel döyüşləri hərb tariximizin şanlı səhifələrindəndir.

Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib 3 Aprel 2026 12:10

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbənin 10-cu ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcək - VİDEO 3 Aprel 2026 10:21

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib 3 Aprel 2026 00:54

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Şəhid pilotlarımızın xatirəsi ehtiramla yad edilib - VİDEO 2 Aprel 2026 18:22

2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlarımız - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkr İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.

Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşləri 2 Aprel 2026 09:01

Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşlərindən 10 il keçir.