AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən kişilər arasında Azərbaycan Yüksək Liqasının final mərhələsi başa çatıb. Həlledici görüşdə Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” və Müdafiə Nazirliyinin “Ordu” komandaları qarşılaşıb.
Müdafiə Nazirliyinin rəhbər heyətinin də izlədiyi final oyunu gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Hər iki komanda oyun ərzində yüksək səviyyəli çıxış nümayiş etdirərək qələbə uğrunda əzmkarlıqla mübarizə aparıb. Oyunun ilk setində qalib gələn “Ordu” komandası növbəti setlərdə məğlub olaraq yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, finala yüksələn hər iki komanda Avrokubok yarışlarında iştirak etmək hüququ qazanıb.
Sonda qalib komandaya kubok, digər mükafatçılara isə medallar təqdim olunub.