AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərliyi ilə qardaş ölkənin MMU-nun Hərbi Hava və Hərbi Dəniz institutlarının rəhbər heyətləri, müəllimləri, "Qərargahın idarə olunması kursu"nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.
Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.
Mayın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mayın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
Xalqımızın igid oğullarının qəhrəmanlıqları əbədiyyət dastanıdır SSRİ xalqlarının nümayəndələrinin alman faşizminə qarşı Böyük Vətən müharibəsinin bütün cəbhələrində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri bəşəriyyəti valeh etmiş, işğalçılara qarşı mübarizə tarixin səhifələrinə qürurla yazılmışdır...davamı Tarix Azərbaycanı yaxşı tanıyır!Müharibəni siyasətin silahlı davamı adlandırırlar...davamı Türk ordusunda general-mayor rütbəsinə yüksələn ilk azərbaycanlı - Səməd bəy RəfibəyliSəməd bəy Rəfibəyli 1892-ci ildə Gəncə şəhərinin Balabağman məhəlləsində məşhur Rəfibəylilər nəslindən olan Məşədi bəyin ailəsində anadan olub...
Müasir dövrün təhdidlərinə qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Müdafiə Nazirliyinin illik fəaliyyət planına əsasən kompleks tədbirlər həyata keçirilir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Birinci Qarabağ müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli mayor Telman Əliməmməd oğlu Haqverdiyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.