AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.Təlimin ssenarisinə uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.
Mayın 4-də Bakı şəhərində "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu - 2025" keçirilib.
Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" hərbi hissəsində “Dəniz təməl komando kursu”nun növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Azərbaycan Respublikasının inkişaf strategiyası, potensial imkanlar və yeni çağırışlar" respublika elmi-praktik konfransı keçirilib.
Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərində Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə praktiki məşğələləri keçirilib.
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında Cənubi Sudan Respublikasında həyata keçirilən beynəlxalq təhlükəsizlik missiyasında (UNMISS) hərbi müşahidəçi qismində xidmət edən Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2025-ci ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrindən birini ziyarət ediblər.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, ölkəmizdə səfərdə olan Alyansın Hərbi Hava Qüvvələri Komandanlığının (HHQ) mobil təlim qrupu tərəfindən Azərbaycan HHQ-nin hərbi qulluqçularına "Hava əməliyyatlarının planlanması və aparılması" mövzusunda kurs keçirilir.