Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2025 12:29

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissələrindən birini ziyarət ediblər

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2025-ci ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrindən birini ziyarət ediblər.
Nümayəndə heyəti hərbi hissədə şəxsi heyətin təminatı və məişət şəraiti, o cümlədən tibb məntəqəsində müalicə alan hərbi qulluqçuların sağlamlığı və onlara göstərilən tibbi xidmətlə tanış olub.
Hərbi qulluqçularla keçirilən görüş zamanı onların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.