Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2025 20:58

"Anatolian Phoenix - 2025" beynəlxalq təlimi başlayıb - VİDEO

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.
Əvvəlcə təlim iştirakçıları Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşları izləyiblər.
Sonra təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Qeyd edək ki, cari ilin may ayının 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.