AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Aprelin 10-da Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 33-cü ildönümü münasibətilə Hərbi Polis İdarəsində tədbir keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə cari ildə keçiriləcək "Xəzri-2025" birgə taktiki təliminin planlaşdırma konfransı olub.
Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artırmaq, müxtəlif xidmət şəraitlərində daha effektiv fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloji təlim keçirilir.
Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Xidmətimiz dövlətə, dövlətçiliyə, Hərbi Anda sədaqətimizdirErmənistanın ərazi iddiasına görə başladığı ədalətsiz, işğalçılıq müharibəsi genişlənsə də, beynəlxalq təşkilatlar buna ciddi münasibət bildirmirdi...davamı “Əsgərlərimiz üçün dadlı, keyfiyyətli yeməklər hazırlayırıq”Son illərdə Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar hərbi qulluqçularımızın məişətində də özünü göstərir...davamı “Milli Müdafiə Universiteti təhsilin bütün səviyyələri üzrə mütəxəssis hazırlığını təmin edir”Güclü ordunun formalaşmasında hərbi elm və təhsil sisteminin xüsusi rolu var...davamı Üç ordunun zabiti olan azərbaycanlı general - Tərlan bəy ƏlyarbəyovTərlan bəy Abdulla bəy oğlu Əlyarbəyov 1892-ci il noyabrın 28-də o zaman Şamaxıya tabe olan Ağsu kəndində zadəgan ailəsində anadan olub...davamı “XXI əsr texnoloji mübarizə əsridir”Vətənin müdafiəsində dayanmaq, onu göz bəbəyi kimi qorumaq hər bir Azərbaycan gəncinin övladlıq borcu, vətəndaşlıq missiyasıdır...davamı Bu tarixlər unudulmayacaq!Dövlətlər yaranandan, araya sərhədlər düşəndən dünyanın gedişini dəyişən hadisələrə tarixi hadisələr deyilib...davamı Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsiMövzu:
Azərbaycan Hərbi Hava Qüvvələri ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, hərbi pilotların təcrübə mübadiləsi çərçivəsində ekspert görüşü keçirilib.
Müdafiə naziri tərəfindən təsdiq olunmuş 2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.