AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dəmir iradəli qəhrəmanTarixin yaddaşına həkk olunan elə insanlar var ki, onların həyat yolu bir xalqın mübarizə ruhunu yaşadır, gələcək nəsillərə örnək olurlar...davamı “Bu bayrağı oğlum Türkaya çatdırın”Azərbaycan Ordusunun igid kapitanı, Xüsusi Təyinatlılarda qrup komandiri olmuş Kamil Əliş oğlu Şirinov Vətən müharibəsi zamanı həyatını xalqına və torpağına fəda etmiş mərd Azərbaycan oğludur...davamı Vətənə sədaqəti ilə əbədi ünvan qazandıŞanlı tariximiz saysız-hesabsız qəhrəman övladlarımızın fədakarlığı ilə yazılıb...davamı"Azərbaycan Ordusu" qəzetinin tam variantı
Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrini ziyarət edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində bir sıra dövlət qurumları və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirakı ilə tədbir keçirilib.
Azərbaycanda səfərdə olan Qazaxıstan Həmlə-Desant Qüvvələrinin komandanı general-mayor Almaz Cumakeevin rəhbərlik etdiyi nümayəndə heyəti Komando və Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrini ziyarət edib.
Minsk şəhərində Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib.İki ölkə arasında hərbi əməkdaşlıq planına müvafiq olaraq keçirilən görüşün məqsədi Belarus Respublikasının hərbi təhsil müəssisələrində hərbi mütəxəssislərin hazırlanması məsələlərinin öyrənilməsi və müvafiq sahədə qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsidir.Belarus Hərbi Akademiyasında olan Azərbaycan Milli Müdafiə Universitetinin nümayəndə heyəti burada elmi nailiyyətlər sərgisi ilə tanış olub.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti, Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “Azərbaycan–Türkiyə HDQ arasında 10-cu Qərargah danışıqları”nda iştirak məqsədilə Ankara şəhərinə səfər edib.
Azərbaycan Respublikasının Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Sofiya şəhərində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının yaradılmasının 113-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.