AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2024-2025-ci illər üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı"na əsasən hər iki ölkənin Hərbi Hava Qüvvələri (HHQ) arasında əməkdaşlıq sahəsi üzrə ekspert görüşü keçirilib.Görüşdə Azərbaycan və İtaliya HHQ-nin hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.
Slovakiyaya rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmeko ilə birlikdə bu ölkənin müdafiə sənayesi şirkətlərini və hərbi təlim mərkəzini ziyarət ediblər.
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Verilən tapşırıqları layiqincə yerinə yetirməyə hər zaman hazırıq”Bu gün dövlət quruculuğunun əsas tərkib hissəsi olan Azərbaycan Ordusu ölkəmizin qüdrətinin nümunəsi, xalqımızın qürur və güvənc yeri, müstəqilliyimizin və təhlükəsizliyimizin qarantıdır...davamı Hazırlıqlı ordu - sarsılmaz dövlətin əsas zəmanətiGüclü ordu - güclü dövlətin başlıca təminatıdır.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmekonun dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən müxtəlif bölmələrdə xidmət edən gənc əsgərlərlə görüşlər keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.
Hərbi Dəniz Qüvvələrinin (HDQ) 2025-ci il üçün təsdiq edilmiş hazırlıq planına əsasən, dalğıc heyəti ilə keçirilən təlim-metodiki toplanış çərçivəsində axtarış-xilasetmə və dalğıc işləri üzrə ixtisas məşğələləri intensiv olaraq davam etdirilir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır.