AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qrup kursantı Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin rəhbərliyi Bakıda təşkil edilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin sonuncu günündə də Bakı Ekspo Mərkəzini ziyarət edib.
"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Milli Müdafiə Universitetinə (MMU) və ölkəmizin digər təhsil müəssisələrinə məxsus stendlərlə tanış olub.
Antiterror əməliyyatının ildönümünə həsr olunmuş tədbirlər keçirilibAzərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunması və ölkəmizin dövlət suverenliyinin bərpası ilə nəticələnən uğurlu antiterror əməliyyatından bir il ötür.Bu münasibətlə Müdafiə Nazirliyinin təsdiq etdiyi plana uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Ordusunda antiterror əməliyyatının ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib...davamı "Azərbaycan Ordusu" qəzetinin tam variantı
Sentyabrın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən stendlərlə tanış olub.
Bakı Ekspo Mərkəzində "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilir.Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitriy Şuqayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Somali Federativ Respublikasının müdafiə naziri cənab Abdulkadir Məhəmməd Nur ilə görüşüb.
Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən 5-ci Yubiley “ADEX” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qətərin “Barzan Holdings” müdafiə və təhlükəsizlik şirkətinin icraçı direktoru Abdullah Əl-Xater ilə görüşüb.