AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2024-cü il üçün hazırlıq planına uyğun olaraq, komandir heyəti və onların müavinləri ilə mühəndis hazırlığı üzrə praktiki nümayiş məşğələsi keçirilib.Məşğələdə hərbi qulluqçulara istehkam qurğuları, mühəndis maneələri sistemi, müasir mühəndis texnikaları və silahlandırma vasitələri haqqında məlumat verilib.
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında "Məharət-2024" kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək.
Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb.
Tarixi Zəfərin başlanğıcı və tarixi ehtiram günüDörd il tarix üçün böyük müddət deyil.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda birləşmə komandirləri, müavinləri, əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəisləri ilə toplanış keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) xüsusi təyinatlı bölmələri ilə “Gecə şəraitində düşmən obyektinə qəfil basqın” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu, o cümlədən Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət edib.