Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2024 17:43

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib

Müdafiə Nazirliyinin rəhbərliyi Bakıda təşkil edilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin sonuncu günündə də Bakı Ekspo Mərkəzini ziyarət edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Dəqiq Avadanlıqların İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası”nın (“CPMIEC”) rəhbər heyəti ilə görüşüb.
Görüşdə birgə hərbi-texniki əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.