AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 14-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2024-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
İyunun 14-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib.
İyunun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Serbiya Respublikasının müdafiə naziri cənab Bratislav Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
İyunun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini general-mayor Yao Qinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
İyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
2024-cü il üçün NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakı şəhərində HHQ-nin şəxsi heyəti ilə "HHQ-də hava məkanının idarə olunması və nəzarət" mövzusunda kurs keçirilir.
İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
“Qafqaz Qartalı - 2024” beynəlxalq təliminin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib.Bağlanış mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərimizin ruhu ehtiramla yad edilib.
Bakıda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mətbuat Xidmətinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri arasında görüş keçirilib.