AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polis Baş İdarəsinin nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.
2024-cü il üçün hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə bölmələrində "Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda yarış keçirilib.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun “Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu”nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiyaya rəsmi səfəri davam edir.
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov İtaliya Respublikasına səfər edib.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə rəsmi səfəri davam edir.
Cari ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində taktiki-xüsusi təlim keçirilib.
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.
Media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir.