2024-cü il üçün NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakı şəhərində HHQ-nin şəxsi heyəti ilə "HHQ-də hava məkanının idarə olunması və nəzarət" mövzusunda kurs keçirilir.
Kursun məqsədi NATO-da hava məkanının idarə olunması, eləcə də hava məkanına nəzarət fəaliyyətlərinin əsas prinsiplərini tədris etmək, dinləyicilərin ixtisaslar üzrə nəzəri biliklərini təkmilləşdirməkdir.
Qeyd edək ki, təlim kursu iyunun 14-dək davam edəcək.