AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.
Dağ vüqarlı oğullarımız olduğu müddətcə Vətənimiz etibarlı əllərdədirAzərbaycan əsgəri misilsiz Vətən sevgisi ilə öz irsinin layiqli davamçısı olmağı, ata-babalarının açdığı cığırda mətin addımlarla irəliləməyi bacarıb və bu gün də bu müqəddəs vəzifənin öhdəsindən ləyaqətlə gəlməyi bacarır...davamıHeyətlər azad edilmiş ərazilərdə də döyüş hazırlıqlarını artırırlarAzad edilmiş ərazilərdə əsgərlərin tam yerbəyer olunması yekunlaşıb.
Heydər Əliyev adına Hərbi İnstitutun 2023-2024-cü illər üçün tədris planı və proqramına uyğun olaraq, "Hərbi Dəniz Qüvvələri" fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilib.
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib.
Müdafiə Nazirliyinin hərbi hissələrinə psixoloq ixtisası üzrə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar martın 27-dən aprelin 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Ölkəmizdə cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir.Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən müxtəlif bölgələrdə yerləşən hərbi hissələrin ərazilərində növbəti ağacəkmə aksiyaları keçirilib.
Martın 23-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində Pakistan Günü münasibətilə hərbi parad keçirilib.
Hərbi qulluqçuların maarifləndirilməsi üzrə müdafiə nazirinin təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən məşğələlər davam etdirilir.