AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.
Qətər Silahlı Qüvvələri tərəfindən Dohada təşkil edilən 8-ci Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransı ("DIMDEX 2024") davam edir.
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərdə səfəri davam edir.
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında ("DIMDEX 2024") iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.
Martın 5-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Baş direktoru general-leytenant Ahsan Gulrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi üzrə həyata keçirilən tədbirlər davam etdirilir.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, eləcə də Hərb Tarixi Muzeyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan İlyas Cabbarov və Əkrəm Şadmanovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Vətənpərvərlik döyüş ruhudur...