Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Mart 2024 15:33

Azərbaycan Ordusunda növbəti ağacəkmə aksiyaları keçirilib

Ölkəmizdə cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən müxtəlif bölgələrdə yerləşən hərbi hissələrin ərazilərində növbəti ağacəkmə aksiyaları keçirilib.
Təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək məqsədilə keçirilən aksiyalarda müxtəlif növ ağaclar və gül kolları əkilib, abadlıq işləri aparılıb.