AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi cənab Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Heydər Əliyev adına Hərbi İnstitutda, eləcə də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Vətən müharibəsi şəhidləri Ramil Babayev və Səbuhi Sadıqovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.
Bütün zəfərlərimizdə Əlahiddə Ümumqoşun Ordunun da payı var Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və sərkərdəlik məharəti ilə Naxçıvandan başlanan müasir milli ordu quruculuğu prosesi Azərbaycanımızın suverenleyinin təmin edilməsi ilə nəticələndi...davamı Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbirlər keçirilibÖlkəmizin hər yerində olduğu kimi, Gəncə və Şəmkir şəhərlərində də müasir Azərbaycan dövlətinin formalaşmasında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi...davamıTəlimdən qələbəyə gedən yol...Zabit Zahid Həsənov nümunəvi zabitlərdən söz düşəndə o, mayor İlkin Ağazadənin adını çəkdi...davamıNümunəvi əsgər nümunəvi düşünür"Necə əsgərə yaxşı əsgər deyirsiniz?" - soruşdum.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.Toplantıda 2023-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb.
2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün "2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi" keçirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərimizdə cari ilin dekabr ayının 1-dən 12-dək olan müddət ərzində 134 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Planlaşdırılması Departamentinin rəisi general-mayor Marat Aymaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.