AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili”Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub.
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları bayram ərəfəsində respublikamızın müxtəlif bölgələrində şəhid ailələrini ziyarət ediblər.
Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Baş Klinik Hospitalı ziyarət edib.
Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 35 yaşınadək olan vətəndaşlar 2024-cü il yanvarın 19-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Azərbaycan Ordusunun Baş Qərargahı, Müdafiə Nazirliyinin baş idarə, idarə, xidmət və müstəqil şöbələri, eləcə də bütün qoşun növləri və xüsusi təyinatlı təhsil müəssisələrində 2023-cü ilin sonuna dair yekun iclaslar keçirilib.
Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir.