Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2023 12:57

Müdafiə Nazirliyinin rəhbərliyi bayram ərəfəsində hospitalı ziyarət edib - VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Baş Klinik Hospitalı ziyarət edib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçularla və tibb personalı ilə görüşən general-polkovnik Z.Həsənov onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini çatdırıb.
Nazirliyin rəhbər heyəti hospitalda aparılan müalicə prosesi ilə maraqlanıb, xəstə və yaralıların tezliklə sağlamlıqlarına qovuşmalarını və Ordu sıralarında xidmətlərini davam etdirmələrini arzulayıb.
Hospitalın tibb personalının peşəkarlığı, burada xəstə və yaralı hərbi qulluqçuların müalicəsi zamanı göstərilən xidmətlər yüksək qiymətləndirilib.
Şəxsi heyətə bayram hədiyyələri təqdim edilib.