Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları bayram ərəfəsində respublikamızın müxtəlif bölgələrində şəhid ailələrini ziyarət ediblər.
Hərbi qulluqçular şəhidlərin ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onların qayğıları ilə maraqlanıblar.
Keçirilən görüşlər zamanı Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin 7 noyabr tarixli müvafiq Sərəncamına əsasən təltif edilən şəhid hərbi qulluqçuların medalları da onların ailələrinə təqdim edilib.
Bayramlar ərəfəsində, həmçinin şəhidlərimizin məzarları ziyarət olunub, xatirələrinə hörmət və ehtiram nümayiş etdirilib.