AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Müdafiə İnstitusional İnkişaf Məktəbinin nümayəndələri və “Müdafiə və Təhlükəsizlik Strateji Proqramı” kursunun dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər.
20 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Silahlı Qüvvələr tərəfindən həyata keçirilən antiterror tədbirlərindən sonra Qarabağda aşkar edilmiş Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və planlaşdırdığı növbəti hərbi cinayətlərə dair yeni faktlarla bağlı Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə mətbuat brifinqi keçirilib.
Türkiyə Respublikasının Marmaris şəhərində “Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib.
Ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlər davam etdirilir.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə ucalan Elnur Hacıyev və Fərrux Hüseynovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.
Komandolarla daha güclüyük!Göyün üzü büsbütün dumandı.
2023-cü ilin hazırlıq planına əsasən, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən voleybol üzrə ordu birinciliyi başa çatıb.
Noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanova başsağlığı ünvanlayıb.