AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində motoatıcı bölmələr ilə komanda-qərargah səfərbərlik təlimi keçirilib.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümünə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib.
NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" (DEEP) çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Beynəlxalq Dil Koordinasiya Bürosunun mütəxəssislərinin iştirakı ilə "STANAG - 6001 oxu və dinləmə test tapşırıqlarının tərtibatı" üzrə treninq keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri arasında təşkil olunan baxış-müsabiqəsində hər bir sürücünün idarə etdiyi avtomobilin quruluşu, işləmə prinsipi və texniki istismarı qaydaları barədə bilik və bacarıqları yoxlanılıb və avtomobil texnikalarının saz vəziyyətdə saxlanmasına xüsusi diqqət yetirilib.
Çin Xalq Respublikasında keçirilən "Çinin modernləşdirilməsi üzrə Beynəlxalq Dialoq"da Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.Təhsil aldığı beynəlxalq tədris müəssisəsində sosial fəaliyyətlərdə fərqləndiyinə görə tədbirə dəvət edilən polkovnik-leytenant Elxan Fərzəliyev beynəlxalq dialoqda Azərbaycan-Çin münasibətləri və pilotsuz uçuş aparatlarına dair mövzular üzrə çıxış edib.
Noyabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Torpaqlarımızda həyatın canlanmasına gün keçdikcə daha da yaxınlaşırıqMəlumdur ki, müharibə və post müharibə dövründə insanlığın üzləşdiyi ən böyük problemlərdən biri mina terrorudur.
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib.