Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Noyabr 2023 10:00

Milli Müdafiə Universitetində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Müdafiə İnstitusional İnkişaf Məktəbinin nümayəndələri və “Müdafiə və Təhlükəsizlik Strateji Proqramı” kursunun dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər.
Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub.
Azərbaycan və Gürcüstanın hərbi təhsil üzrə ekspertləri ilə keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri haqqında danışılıb, ətraflı fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə şəkli çəkdirilib.