AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
İyulun 17-də müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikası Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə cari ilin iyul ayı ərzində 610 hektaradək ərazi minalardan tam təmizlənib.
İyulun 17-si saat 21:25-dən iyulun 18-i saat 00:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Dəvəli rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən övladlarının xatirəsinə həsr olunan "Şəhidlər unudulmur" adlı tədbir keçirilib.
İyulun 16-sı saat 02:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
“Vətən fədailəri” kitabının təqdimat mərasimi keçirildiKürdəmir rayonundakı İlyas Məmmədov adına Ərəbqubalı kənd tam orta məktəbində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə şəhid anası Şövqiyyə Ülvinin (Azayeva) "Vətən fədailəri" adlı kitabının təqdimat mərasimi keçirildi...davamıAzərbaycan musiqisini dünyaya bir daha sevdirdilərQazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin 25 illiyinə həsr olunmuş "Astana - mədəniyyət karvanı" adlı birinci beynəlxalq hərbi-musiqi festivalı keçirilib.
Ölkəmizdə səfərdə olan Yaxın Şərq və Cənubi Asiya regionu (NESA) üzrə Təhlükəsizlik məsələlərinin araşdırılması Mərkəzi nəzdində Cənubi Afrika Milli Müdafiə Birliyi (SANDU) Strateji Tətbiqetmə şöbəsinin rəisi cənab Çarlz B.Marksın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib.
Müasir Azərbaycan dövlətinin böyük bir tarixi dünyaşöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.