AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi son günlərdə intensivləşib.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023 kompüter dəstəkli taktiki komanda-qərargah təlimi” keçiriləcək.Azərbaycan Ordusunun təlimdə iştirak edəcək bir qrup hərbi qulluqçusu Özbəkistanda səfərdədir.Özbəkistan-Azərbaycan birgə təlimində hərbi qulluqçular xüsusi hərbi əməliyyatların təşkili və aparılması üzrə mövzuları məşq etdirəcəklər.
Əlahiddə Ümumqoşun Orduda gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
“Əkinçi” qəzeti - milli mətbuatın bayraqdarıAzərbaycan dilində ilk informasiya nümunələri XIX əsrin 30-40-cı illərinə təsadüf etsə də, 1832-ci ildə nəşr olunan "Tiflis əxbarı", 1845-ci ildə fəaliyyətə başlayan "Qafqazın bu tərəfinin xəbərləri" adlanan nəşrlər - ayrı-ayrı dövlət qurumlarının rəsmi bülletenləri milli mətbuat nümunələri hesab edilmirdi...davamı Döyüşən qardaşlarMüharibə ağrı-acısını yaşamaq, onun sızıltılarını qəlbində hiss etmək çox çətindir.
İyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının "TUSAŞ" şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu il mayın 20-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən, ordu sıralarına çağırılan gənc əsgərlərin qəbulu davam edir.
İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.
İyulun 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə İstanbul şəhərində keçiriləcək “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.
Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib.Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.